2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb və keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma müşahidə edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərərçəkən qeydə alınmış və 27,7% azalma müşahidə olunub.
2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olmuş, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB