Partlayışla bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Partlayışla bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. Bununla bağlı SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Bildirib ki, Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. 19 nəfər zəhərlənmə və yüngül dərəcəli yanıq diaqnozu ilə Şirvan Şəhər xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir.

Qeyd edək ki, xəstəxanaya qəbul olunmuş zərərçəkənlərin bəzilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə