Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 2-də Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB