Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı tərəfindən iyun ayı ərzində regionlarda yaşayan əlillərə səyyar xidmət çərçivəsində 20 əlil arabası verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, əlil arabaları Şəmkir, Tovuz, Ağstafa, Yevlax, Mingəçevir, Goranboy və Gəncədən olan sakinlərə paylanılıb. Nazirlik tərəfindən həmin şəxslərin sağlamlıq vəziyyətləri nəzərə alınıb və əlil arabaları vətəndaşlara yaşadıqları rayon üzrə mənzillərində təhvil verilib.
Qeyd edək ki, filial ümumilikdə 15 rayondan olan əlillərə xidmət göstərir. Hazırda filialda 500 əlil qeydiyyatdadır. Xatırladaq ki, iyul ayı üçün növbədə olan daha 28 sağlamlıq imkanı məhdud olan şəxs əlil arabası ilə təmin olunacaq. Hər ay filiala protez və ortez üçün 10-a yaxın vətəndaş müraciət edir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB