Nazir İsmayıllıda vətəndaşları qəbul edib

Nazir İsmayıllıda vətəndaşları qəbul edib

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Ağdaş rayon sakinlərini qəbul edərək, onların xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətlərini diqqətlə dinləyib.

Qəbul zamanı vətəndaşların müalicə, işlə təminat, sosial və minnətdarlıq xarakterli müraciətləri üstünlük təşkil edib. Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırmaq üçün qeydiyyata alınıb.

Ümumilikdə 30 nəfərin qəbulu icra olunub və hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin birbaşa həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə