Ürək xəstəliyinin artması səbəbləri istiqamətində mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Sözsüz bu xəstəliyin artım tempinin ilkin səbəbi iqlim şəraiti, stress və digər problemlərdir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rəsmi statistika göstərir ki, son bir ildə xəstəlikdən əziyyət çəkənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 nəfərdən çox olub. Üstəlik bu xəstəlik cavanlaşmağa doğru gedir. Gəncə şəhər Kardiologiya xəstəxanasının baş həkimi Fəxrəddin Namazov bildirib ki, ürək xəstəlikləri ilə bağlı müraciət edənlərin yaş həddi də azalıb: "Adətən ürək xəstəlikləri ilə müraciət edənlərin yaş həddi 35-ə yaxın olurdu. Ancaq indi bu cür xəstəliklə müraciət edənlərin sayı artmaqla yanaşı həmçinin yaş həddi 25 olanlara da rast gəlmək mümkündür".
Kardioloqun fikrincə ürək xəstəliyinin ağır nəticələrlə yekunlaşmasının başlıca səbəblərindən biri vətəndaşların vaxtında həkimə müraciət etməməsidir: "Hər bir vətəndaş ən azı ildə iki dəfə tibbi müayinədən keçməlidir. Belə olduğu halda kəskin infakt diaqnozunun qarşısını almaq mümkündür".
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB