Oqtay Şirəliyev qəbul keçirəcək

Oqtay Şirəliyev qəbul keçirəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 19 İyun 2015-cü il tarixində saat 11:00-da İsmayıllı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Ağdaş rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Səhiyyə Nazirliyinin mətbuat xidmıtindən SİA-ya verilən xəbərə görə, qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İsmayıllı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə