Səhiyyə işçilərinin peşə bayramı Tovuzda

Səhiyyə işçilərinin peşə bayramı Tovuzda

Tovuzda səhiyyə işçiləri peşə bayramlarını iş başında keçirdi. Bölgə müxbirinin verdiyi xəbərə görə, respublikada son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bu gün münasibəti ilə həkimlərə müraciət edən xəstələrdə bütün həkimləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzu ediblər.

Peşə bayramlarını iş başında keçirən tibb işçiləri, öz peşələrində razı qaldıqlarını və hər zaman, hətta günün 24 saatını belə sakinlərə xidmət göstərmələrindən şərəf duyduqlarını deyiblər.

Qeyd edək ki, tibb işçiləri bu bayramı Ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Həmçinin səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə bir neçə qabaqcıl səhiyyə işçiləri mükafatlandırılıb.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə