Gəncədə uşaqlar arasında peyvəndlənmənin aparılması və ölkədə polimielit xəstəliyinin ləğvi ilə bağlı regional elmi konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, konfransda Gəncə ilə yanaşı,14 şəhər və rayondan olan tibb işçiləri, Gigiyena və Epidemiologiya Mərkəzlərinin rəhbərləri də iştirak ediblər.
Konfransda qeyd olunub ki, Azərbaycanda aparılan mütəmadi vaksinləmələr hesabına təhlükəli sayılan bir sıra yoluxucu xəstəliklərin qarşısı alınıb. Belə xəstəliklərdən biri də polimielitdir. Ümumdünya səhiyyə təşkilatının göstərişinə əsasən, artıq bu xəstəliyin profilaktikasında yeni dozalı peyvəndlərin tətbiqinə başlanılacaq. Konfrans iştirakçıları yeni tətbiq olunacaq vaksinlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlandırılıb. Çıxışlarda insanlar arasında aparılan maarifləndirmə işləri nəticəsində peyvənd olunmaqdan yayınma hallarına demək olar ki, rast gəlinmədiyi vurğulanıb.
Qeyd edək ki, konfrans öz işini digər regionlarda da davam etdirəcək.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB