Regionlarda qan nümunələri toplanır

Regionlarda qan nümunələri toplanır

Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi bağlı vəziyyəti açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, regionlarda qan nümunələri toplanır.

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb. İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər üçün görüş təşkil olunub.

Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunan turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr üçün toplanan qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılan şərait jurnalistlərin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə