Xəbər verdiyimiz kimi 19 may tarixində Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq 170 ünvanındakı yaşayış binasında dəhşətli yanğın hadisəsi baş vermişdi. Yanğın zamanı xəsarət alanlar haqda SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Bildirib ki, hazırda stasionarda 14 xəsarət alanın müalicəsi davam etdirilir, vəziyyətləri kafidir: "Xəsarət alanlara klinikalarda hərtərəfli ixtisaslaşdırılmış tibbi yardım göstərilib, tam həcmdə lazımi dərman preparatları və sarğı materialları ilə təmin olunublar. Onlardan 12 nəfər toksikologiya şöbəsində, 2 nəfər isə 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdirilib. Onu da xüsusilə diqqətinizə çatdırım ki, toksikologiya şöbəsindən artıq 2 nəfər evə buraxılıb".
Qeyd edək ki, ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 15 nəfər dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB