Tanınmış yapon alimi Akio Kanainin rəhbərlik etdiyi optometrist mütəxəssislərdən ibarət heyət Ağdamda göz müayinələri həyata keçirir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, məcburi köçkünlər və aztəminatlı ailələr üçün keçirilən göz müayinələri zamanı 200 nəfər müayinə olunub.
Humanitar aksiya zamanı Tanınmış yapon alimi, doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə humanitar aksiyaya başlayıblar.
Agdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən humanitar aksiya zamanı 200 nəfərə eynəklər paylanıb. Ümumilikdə isə 480 nəfərin müayinə olunması nəzərdə tutulub.
Ağdamda keçirilən humanitar aksiya mayın 21-dək davam edəcək. Mayın 22-də isə Tərtərdə məskunlaşan məcburi köçkünlər və aztəminatlı ailələr göz müayinəsindən keçiriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB