Gənclərdə insult riski yaşlı nəsildən çoxdur EKSPERT RƏYİ

Gənclərdə insult riski yaşlı nəsildən çoxdur EKSPERT RƏYİ

Britaniyanən səhiyyə təşkilatının ekspertləri apardıqları araşdırmadan sonra belə nəticəyə gəliblər ki, gənclərdə insult təhlükəsi yaşlı nəsildən daha çox inkişaf edib. SİA xəbər verir ki, bu barədə "globalscience.ru" saytı məlumat yayıb. Britaniyalı həkimlər hesab edirlər ki, insult simptomlarını əmələ gətirən faktorlar müxtəlifdir. Lakin insulta səbəb olan əsas amil məhz tütün məhsullarının və alkoqollu içkilərin həddən ziyadə istifadəsi ilə əlaqələndirilir.

Daha bir səbəb kimi isə həyatın düzgün qurulmaması və qeyri-düzgün qidalanma göstərilib. Belə ki, gənc nəsil xolesterin miqdarı artıq olan məhsullardan çox istifadə etdiyi üçün onlarda insult riski dəfələrlə çoxalır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə