Dəyanət Rzayev: “Əlavə iş saatları insanda aqressivləşmə yaradır” AÇIQLAMA
"İnsan gündə ən çox 8 saat işləməlidir. Maddi durumu nəzərə alaraq bəzən insanlar bu normanı keçir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev deyib.
Onun sözlərinə görə, iş saatlarının artırılmasını ailənin maddi durumu ilə əlaqələndirirlər. Lakin bu da ailədə müxtəlif problemlər yaradır: "Bəzən bunu ailənin iqtisadi durumu ilə izah edirlər. Təbii ki, bu vaxt insanda aqressivləşmə gedir. Valideyn övladına vaxt ayıra bilmir, onu tərbiyə edə bilmir. Tək başına qalan övlad isə, zərərli alışqanlıqlara meyl edir. Dövlət strukturlarında isə iş rejimi 09:00-18:00-a qədərdir".
Dəyanət Rzayev onu da qeyd etdi ki, Amerikada insanlar öz iş saatlarından artıq iş görərsə, bu vaxt işçinin peşəkarlığına şübhə ilə yanaşılır. Şənbə və bazar günləri isə insanlar istirahət etməlidir: "Amerikada 1 saat əlavə işləyəndə artıq rəhbərlikdə işini görə bilmədiyinlə bağlı şübhə yaranır. Yəni 1 saat əlavə qalıb çalışan işçinin peşəkarlığına şübhə ilə yanaşırlar. Bizdə isə əksinə biraz da qalıb işləməyi daha üstün görürlər. Qurumlar özləri düzgün iş rejimini tənzimləməlidir. Tətil verilməlidir, şənbə və bazar iş günü olmamalıdır. Bizdə isə elə iş yerləri var ki, şənbə bazar da işlədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB