Səhiyyədə kadr dəyişikliyi edilib

Səhiyyədə kadr dəyişikliyi edilib

Azərbaycanda səhiyyə sistemində bəzi kadr dəyişiklikləri baş verib, Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasına yeni rəhbər təyin edilib. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyindən bildirilib ki, Respublika Təcili Yardım Stansiyasının direktoru Məmməd Cəfərov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev və Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov vəzifələrindən azad edilib.

M.Cəfərov Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini, R.Nağıyev isə Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi, M.Həmidov isə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə