Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin fevral ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülmüş, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Fevral ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş vermiş, 78 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB