Azərbaycanda, eyni zamanda dünyada da sonsuzluqdan əziyyət çəkənlərin sayında getdikcə artım müşahidə olunur. Tibbi texnologiyalar ildən-ilə inkişaf edib müasirləşsə də, bəzən bir övlad sahibi olmaq üçün heç bir müalicə fayda vermir. Bəs görəsən, bunun kökündə hansı səbəblər durur?
Dünyada hər 6 cütlükdən birində sonsuzluq, və ya gec hamilə qalmaq halları müşahidə olunur. Azərbaycanda da sonsuzluq diaqnozu qoyulanların sayında artım müşahidə olunur. Statistika göstərirki sonsuzluq diaqnozu qoyulan qadınların sayı 2011-ci ildə 1176, 2012-ci ildə 1999, 2013-cü ildə isə 2289 nəfər olub. Bu xəstəliyin kökündə müəyyən qədər genetik faktorlar dursa da, sonradan yaranan səbəblər də az deyil. Ailə qurmamışdan əvvəl tibbi müayinədən keçməmə başlıca səbəblərdəndir.
Digər bir faktor kimi isə mentalitetdən irəli gələrək qız uşaqlarının, eyni zamanda oğlanların evlənənə qədər ultrasəs müvafiq həkim müayinəsindən keçməməsidir.
İldən ilə ailə qurma yaşının getdikcə artması da sonsuzluğa gətirib çıxaran faktorlardandır.
Ekoloji faktorlar, xüsusilə kimyəvi tərkibli qidaların menyumuzda daha çox yer tutması da təsirsiz ötüşmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB