"Son iki gündə hava şəraitinin qeyri sabit keçməsi xəstəxanalara müraciət edənlərin sayını artırıb". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev söyləyib.
Bildirib ki, ay ərzində orta hesabla 1800 çağırış olur: "Dünən də gün ərzində müəyyən qədər artım olmuşdu. Belə ki, Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına daxil olan müraciətlərin sayı orta hesabla təxminən 1900-ə çatıb. Bu da müraciət edənlərin sayı adi günlərdəkindən 6 faiz çox olub. Adi günlərdə olduğu kimi çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiq, uşaqlarda isə kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub. Onu da deyim ki, yolların buzlu və sürüşkən olması ilə əlaqədar olaraq 6 nəfər bizə müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti orta ağır olduğuna görə, xəstəxanaya göndərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB