Səkinə Qurbanova: “Ölkədə 3 minə yaxın talassemiya xəstəsi var” AÇIQLAMA
"Səhiyyə Nazirliyi ailə qurulmasında ciddi problemlər yaşadacaq xəstəliklərin siyahısını formalaşdırır". SİA-nın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdir müavini Səkinə Qurbanova bu gün keçirilən "Sağlam ailə - sağlam cəmiyyət – güclü dövlət" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkədə 3 minə yaxın talassemiya xəstəsi var. Nigahın bağlanmasından öncə tibbi müayinədən keçəcək gənclərə gələcəkdə uşaqlarında ortaya çıxa biləcək xəstəliklər barəsində də məlumat veriləcək: "Hazırda 3 minə yaxın Azərbaycanda talasemiya xəstəsi var. Bundan başqa hemofiliya, hemoqlapatiya xəstələrinin sayı da az deyilir. Bütün bu xəstəliklərlə bağlı işlər aparılır. Ailə planlaşdırılmasında sadəcə laborator müayinələr nəzərdə tutulmur. Hər iki şəxsə xəstəlikləri barəsində məlumat veriləcək. Bu həm şifahi, həm də yazılı şəkildə raportlarla olacaq. Xəstəliklərin gələcəkdə doğulacaq uşaqda hansı fəsadlar törədəcəyi barədə də məlumatlar veriləcək".
Səkinə Qurbanova vurğulayıb ki, irsi xəstəlikləri barəsində də gənclər məlumatlandırılacaq. Xəstəliklər haqqında məlumat gizli saxlanılacaq və cütlüklərdən başqa şəxsə qanunsuz yolla məlumat verilərsə həmin həkimlər cinayət məsuliyyətinə cəlb olunacaqlar: "Bundan başqa irsi xəstəliklərlə bağlı olaraq da ailələri məlumatlandırılacaq. Müxtəlif ambulator laboratoriyalar vasitəsilə yeni ailə quracaq ailələrə təlimlər keçiriləcək. Xəstəliklərin haqqında məlumatın saxlanılması gizli həyata keçiriləcək. Əgər xəstəlik haqqında məlumat iki şəxsdən kənara çıxarsa, bu vaxt həmin müayinəni aparan həkim cinayət məsuliyyətinə cəlb olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB