Adil Qeybulla: "Evdə doğuş yolverilməzdir" AÇIQLAMA

Adil Qeybulla: "Evdə doğuş yolverilməzdir" AÇIQLAMA

"Bəzən xanımlar ev şəraitində uşaq dünyaya gətirirlər. Bu da ana və uşağın sağlamlığına ciddi zərər vurur". Bunu SİA-ya açıqlamasında professor-ekspert Adil Qeybulla söyləyib. Bildirib ki, evdə doğuş yolverilməzdir: "Bu həm gigiyenik baxımdan, həm də müasir dövrdə tibbin inkişaf etdiyi vaxtda bu cür nöqsanlar etmək olmaz. Müşahidələr də onu göstərir ki, bu gün Azərbaycanda hamilə olan qadınların 90% -də hamiləlik fizioloji getmir. Onu da deyim ki, çox vaxt hamiləlik planlaşdırılmamış, həkimlə məsləhətləşdirilməmiş olur. Qadınların bəziləri müxtəlif xəstəliklərə tutulur və hamilə qalırlar. Hamiləlik patoloji keçdiyi üçün insanlar daimi müşahidə altında olmalıdır və anomaliyalar varsa, vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistem halına salınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq. Ümumdünya Səhiyyə Təşkilatının əksər məsələlər üzrə klinik protokolları var. Əgər onlardan istifadə etsək, ana və uşaq ölümünün sayı kəskin azalmış olar. Bu özbaşınalıq olana kimi bu proseslər hələ uzun müddət davam edəcək. Təkcə həkimi günahlandırmaq olmaz. Çünki bizim peşəkarlıq problemimiz də var. Ancaq ana və uşaq ölümü sırf peşəkarlıqla bağlı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə