Əhalinin nəzərinə! Təmənnasız tibbi müayinələr keçiriləcək

Əhalinin nəzərinə! Təmənnasız tibbi müayinələr keçiriləcək

13 fevral 2015-ci il tarixdən etibarən akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Gəncədə institutun səyyar klinikası vasitəsilə uşaq və böyükləri tibbi müayinədən keçirəcək, məsləhətlər verəcək. Bəzi cərrahi əməliyyatların aparılması da nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bununla bağlı ərazi poliklinikalarından müvafiq tibbi sənədlərlə Göz Xəstəxanasına (N.Nərimanov prospekti ,41) müraciət edə bilərsiniz..

Həmçinin 7 fevral 2015-ci il tarixdən etibarən N.Tusi adına Klinikanın aparıcı həkim mütəxəssisləri tərəfindən Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının (3№li xəstəxana, Heydər Əliyev Prospekti, 316) Qəbul şöbəsində : ümumi cərrah, uroloq, travmatoloq, üz-çənə cərrahı, vertebroloq ixtisasları üzrə əhaliyə baxış və məsləhətlərin aparılması nəzərdə tutulur.Bununla bağlı müvafiq tibbi müayinə sənədləri ilə müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə