Ebola virusunu ABŞ yayıb
Rusiyadan ŞOK iddia

Rusiyanın baş sanitar həkimi və baş nazir Dmitri Medvedyevin sözçüsü Gennadi Onişenko dünyanı dəhşətə gətirən Ebola virusunun amerikalı alimlər tərəfindən icad edildiyini bəyan edib.

Təxminən 1 il əvvəl Afrikada peyda olan virus amerikalı alimlər tərəfindən sınaq məqsədilə yaradılıb. "Əminəm ki, bu virus sınaq məqsədilə yaradılıb. Bu, ABŞ tərəfindən həyata keçirilib". Qeyd edək ki, Rusiya yanvarın 21-i Afrikada Ebola virusu ilə mübarizə məqsədilə 8 milyon dollar pul ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə