“Həkim axtarışı” adlı yeni xidmət

“Həkim axtarışı” adlı yeni xidmət

Azərbaycanda "Həkim axtarışı" adlı yeni səhiyyə xidməti istifadəyə verilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, xidmət barədə http://e-sehiyye.gov.az/ məlumat əks olunub. Hələlik test mərhələsində olan bu xidmətdən istifadə edərək, hər bir kəs istədiyi həkim haqqında məlumatı əldə edə biləcək.

Xidmətdə vətəndaşlar həkimin işlədiyi rayonu, ixtisasını, adını və soyadını qeyd etməklə onun barəsində məlumatlarla tanış ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə