Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Azərbaycan Sehiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb. SİA-nın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən il dekabrın 25-27-si arası keçirilmiş və cari il yanvarın 7-də başa çatmış müsabiqədə 18-25 arası bal toplayan 63 həkim müsbət nəticə göstərərək uğur qazanıb.

Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər yanvarın 14-də Səhiyyə Nazirliyinin "Elektron səhiyyə" xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.

Qeyd edək ki, nazirliyin rəsmi saytında müsabiqənin nəticələri barədə ətraflı məlumat əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə