Tibb işçiləri “Səhiyyə əlaçısı” və “Fəxri Fərman”la mükafatlandırılıblar
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev, Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilməsi barədə" Əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən SİA –ya verilən məlumata görə, aşağıdakı şəxslər "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif ediliblər:
1. Abbasova Zəhra Fərhad qızı - Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının şöbə müdiri
2. Əliyev Ramiz Bəylər oğlu - Neftçala Şəhər Mərkəzi Xəstəxa-nasının baş həkimin müavini
3. İsmayılova Rita İsrafil qızı - S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri
4. Nəcəfov Əfsər İsmayıl oğlu - Şirvan Şəhər Mərkəzi Xəstəxa-nasının həkim-kardioloqu
5. Rəhimov Eldar Elbəyi oğlu - Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının baş həkimin müavini
6. Rüstəmova Səidə Nurəddin qızı- Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi
Digər Əmrlə, Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə aşağıda adları qeyd olunan səhiyyə işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif ediliblər:
1. Abduləlimov Eldar Ruslan oğlu- Respublika Talassemiya Mərkəzinin şöbə müdiri
2. Calalov Mirhaşim Rəhim oğlu - Kliniki Tibbi Mərkəzin şöbə müdiri
3. Əzimova Mərziyə Əzizağa qızı- Uşaq Nevroloji Xəstəxanasının tibb bacısı
4. Rəfibəyli Sevinc Hadı qızı - Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi
Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış digər əmrlərə əsasən Azərbaycan Respublikasında Talassemiya xəstələrinə müvəffəqiyyətlə keçirilən sümük iliyinin transplantasiyasına görə Respublika Talassemiya Mərkəzinin kollektivi, Azərbaycan Respublikasında xəstələrə müvəffəqiyyətlə keçirilən böyrək transplantasiyasına görə Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının kollektivi, Əhaliyə göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ları ilə və pul mükafatları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB