Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul üçün müraciət edən, Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Kürdəmir sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.
Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn 12-nəfərin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.
Qeyd edək ki, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB