Masallıda iki tibb məntəqəsi əsaslı təmirdən sonra istifadəyə verilib
Masallının Boradigah və Kalinovka qəsəbələrində əsaslı təmirdən sonra müasir sahə məntəqələri sakinlərin istifadəsinə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 1986-cı ildə istifadəyə verilən sahə məntəqələrində heç bir əsaslı təmir işləri aparılmadığından əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi mümkün olmayıb. O üzdən 2013-cü ildə təmirə dayandırılan sahə məntəqələri hazırda ən müasir səviyyədə qurularaq tibbi avadanlıqlarla təchiz olunub. 25-dən artıq kəndi əhatə edəcək tibb məntəqələrinin xidmətindən 40 mindən artıq vətəndaş yararlanacaq. İki mərtəbədən ibarət məntəqələrdə ilkin tibbi yardım, peyvənd, stomatoloji və ultrasəs müayinə və digər tibbi xidmətlərin göstərilməsi mümkün olacaq.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkili Şöbəsinin müdiri Gülmirə Poladova iştirak ediblər. Bu əlamətdar gün münasibətilə sakinləri təbrik edən qonaqlar rayonlarda, xüsusilə qəsəbə və kəndlərdə bu cür müasir sahə məntəqələrinin istifadəyə verilməsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, son bir ildə Masallıda 6 tibb məntəqəsi tikilərək rayon sakinlərinin istifadəsinə verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB