İnsult, infarkt və miqrenin inkişafına mane olan gen tapılıb

İnsult, infarkt və miqrenin inkişafına mane olan gen tapılıb

İnsult inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ölüm hallarının əsas səbəblərindən biridir. Hər il 15 milyon adam onun qurbanı olur. İnsult hər dörd haldan üçündə əlilliyə gətirib çıxarır. İnsult keçirən insanların dörddəbirinin qohumlarının və ya tibb işçilərinin qayğısına ehtiyacı olur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London Universiteti əməkdaşlarının ("Royal Holloway University of London") təşəbbüsü ilə aparılmış son tədqiqat çərçivəsində insult, infarkt və miqrenin inkişafına mane olan gen tapılıb.

16 000 avropalı və amerikalının iştirakçısı olduğu tədqiqat nəticəsində müəyyən edilib ki, PHACTR1 geninin daşıyıcıları boyun arteriyası xəstəliyindən daha çox əziyyət çəkirlər. Bu patologiya 50 yaşından yuxarı adamlarda insultun inkişafı üçün fon yaratmaqla bərabər, ürək tutmalarının və miqrenin də qarşısını alır.

Alimlər əmindirlər ki, əldə edilmiş məlumat ürək-damar sistemi xəstəliklərinin müalicəsi üçün yeni metodların hazırlanmasına kömək göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə