İran səhiyyə nazirliyi avqust ayında xarici vətəndaşlara orqan köçürülmə əməliyyatına qoyulan qadağanı rəsmən təsdiqləyib. Qadağanının isə hansı səbəbdən olduğu hələlik məlum deyil. Bəs görəsən, iranın xarici vətəndaşlara qoyduğu bu qadağa azərbaycanda transplantasiya əməliyyatının qiymətinə nə kimi təsir göstərəcək?
Azərbaycanlı vətəndaşlar da ürək, böyrək ya da ağciyər köçürmək üçün İrana üz tuturdular. Ancaq İran Səhiyyə nazirliyi xarici ölkə vətəndaşlarına orqan köçürülməsinə qadağa qoyub. Ancaq qadağanın səbəbi açıqlanmayıb. İranlı Transplant Mircəlal Kazimi bunu təsdiqləyir: "Avqust ayından tək azərbaycan deyil, xaricdən gələn vətəndaşlara transplantasiya əməliyyatına qadağa qoyulub. Hansı səbəbdəb bilmirəm,ama hazırda belə bir proses başlayıb və icra edilir"
İrana il ərzində Azərbaycandan müalicə məqsədi ilə 1 milyona yaxın azərbaycanlının getdiyi bildirilsə də transplantasiya məqsədli səfərlərin statistikası yoxdur. Cərrah Mircəlal Kazimi İranda orqan köçürülməsinin qiymətinin təxminən azərbaycandakıdan 1.5 dəfə çox olduğunu deyir. Azərbaycanda böyrək köçürülməsi 12 min, qaraciyər isə 45 min manata başa gəlir. İranda böyrək tranplantasiyası isə 18 min, qaraciyər köçürülməsi də təqribən 67 min manatdır. Bəs görəsən, İranda transplantasiyaya qadağa qoyulması Azərbaycanda orqan köçürülmə əməliyyatının qiymətini artmasına təsir edərmi?
"Belə bir yanlış fikir var ki, İranda xarici vətəndaşlara orqan köçrürlməsinə qadağa qoyulub və burda əməliyyatı edən yalnız biz qalmışıqsa burda ödənişi artmış olarmı, yox olmaz. Biz burda öz vətəndaşlarımıza xidmət edirik, buna görə hər hansısa bir qiymət artımına və neqativ hallara yol vermərik"
Cərrah Mircəlal Kazimi qadağanın əslində azərbaycanlı vətəndaşlar üçün daha faydalı olduğunu bildirir: "Əslində xaricdə əməliyyat olunan xəstələrə sahibsiz qalır. Azı həftədə 2 dəfə gedib müayinə etməyə imkanı olmur. Ancaq burda əməliyyat olunanlara isə sahib çıxılır. İstənilən anda nə kimi problem çıxsa bizə müraciət edə bilirlər."
Bir məqam da var ki, Azərbaycanda ürək-damar cərrah mərkəzi olsa da, hələlik orqan bağışlamaq və meyitlərdən orqan köçürülmə olmadığı üçün ürək tranplantasiyası həyata keçirilmir. Bu da ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün problem yaranmasına səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB