Afrika Birliyi Komissiyasının sədri Dlamini Zuma Ebola virusu ilə mübarizə üçün səfərbərlik elan edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Birliyin sədri Dlamini Zuma 2-ci Türkiyə - Afrika İş birliyi Zirvəsində çıxışı zamanı Eboladan zərər çəkən ölkələrə, zirvəyə qatılan dövlətlərin daha çox yardım etməsi lazım olduğunu vurğulayıb: "Bu vəziyyətdə özümüzü tək hisse dirik. Ebola virusuna görə Afrikaya dayandırılan uçuşların yenidən bərpa olunmasını və gəmilərin limanlara təkrar gəlməsini istəyirik".
Toplantıdan sonra Ebola ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablayan Zuma Ebolanın daxili deyil, qlobal bir problem olduğuna diqqət çəkib: Afrikada bir çox təhlükəli xəstəliklər var amma ən öldürücü Eboladır. Çünkü sürətlə yayılır. Buna qarşı mübarizə aparmalıyıq".
Zuma Afrika Birliyinin Nigeriya və Konqo Demokratik Cumhuriyyətinə Ebola ilə mübarizə çərçivəsində min yeni səhiyyə işçisini göndərəyini sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB