Kofeni çoxları gümrahlıq gətirən ətirli içki kimi qiymətləndirirlər. Bir gündə dörd fincan kofe isə ikinci tip şəkərli diabetin inkişafına təsir göstərir. Xarici KİV-lər xəbər verir ki, İsveçrə mütəxəssisləri əldə etdikləri məlumatların araşdırılması və təhlili zamanı belə qənaətə gəliblər.
Böyük miqdarda kofein zərərli olsa da (gündə dörd fincan kofe doğurdan da böyük dozadır), digər aromatik birləşmələr orqanizmdə metabolizmi gücləndirir və şəkərli diabetin inkişafı riskini azaldır. Buna görə də alimlər kofeinsiz kofe içməyi məsləhət görürlər.
Bu içkidən istifadə edilməsinin optimal vaxtı saat 12 ilə 14 arasındadır. Günorta orqanizm bir qədər enerji tələb edir, kofe isə nahar yorğunluğuna qarşı ən yaxşı mübarizə üsullarından biridir. Lakin şəkərli diabetin profilaktikasının əsas metodu kimi kofeyə çox da bel bağlamaq olmaz.
Riskin 25 faiz azalması yaxşıdır, amma həyat tərzi, zərərli vərdişlərin olmaması və düzgün qidalanma orqanizmə böyük xidmət göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB