ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri eksperiment zamanı bağırsaq çöpünün genomuna informasiya yazaraq, bakteriyanı yaddaş qurğusuna çeviriblər. Dəyişdirilən bakteriya kənardan təsirin gücünü və müddətini yadda saxlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sahədə ilk sınaqlar uğurla keçsə də, alimlər istənilən effektə nail olmayıblar. Səmərəlilik problemini yaddaşın buna bənzər sisteminin köməyi ilə həll edə biliblər.
Alimlər bakteriyanın DNT-sini modifikasiya edən və hüceyrənin genomuna lazımi informasiya parçası daxil edən "genom maqnitofonu" yaradıblar. Onu aktivləşdirmək üçün bakteriyaya genlərin ardılıcıllığı ilə çoxsaylı manipulyasiya aparmağa imkan verən ferment – rekombinaza yeridilib. Yazılan informasiyanı bakteriyanın yaddaşından silmək olar. Alimlər bildirirlər ki, bağırsaq çöpündə məlumatın saxlanılması müddəti günlər və həftələrlə davam edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB