"Ebola"-nın müalicəsi üçün tibbi heyət çatışmır

"Ebola"-nın müalicəsi üçün tibbi heyət çatışmır

Dünya Səhiyyə Təşkilatı (DST) xəbər verir ki, Qərbi Afrikada Ebola qızdırmasından ən çox zərər çəkmiş üç ölkədə - Qvineya, Viberiya və Sverra-Leonedə sakinlər bu ölümcül epidemiyadan xilas etmək üçün tibbi heyət çatışmır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ebola qızdırmasından müalicə mərkəzlərində azı 4.707 çarpayı lazımdır. Həmin mərkəzlərin çarpayılarla təchizatı isə cəmi 22 % bərabərdir.

Bunun bir səbəbi də xarici ölkələrdə zəruri sayda həkim briqadalarının tapılması ilə bağlı çətinliklərdir. BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, Qvineyadakı Ebolanın müalicəsi mərkəzlərində hazırda iki həkim briqadası işləyir. Halbuki ən azı daha beş bu cür briqada tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə