Uşaqların yemək vərdişləri bir yaşınadək formalaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər 6 il ərzində yeni doğulmuş 1500 uşağın yemək vərdişlərini izlədikdən sonra bu qənaətə gəliblər. Tədqiqatlar nəticəsində məlum olub ki, bir yaşınadək az miqdarda meyvə və tərəvəz yeyən uşaqlar altı yaşında yeməkdən imtina edirlər. Bir yaşından şirin qazlı içkilərə aludə olanlar isə altı yaşında da bu vərdişi davam etdirirlər və onlarda piylənmə riski iki dəfə artıq olur.
Alimlərin fikrincə, uşaqları 11-12 aylığında sağlam qidalanmaya öyrətmək ən yaxşı və münasib vaxtdır. Tədqiqat müəllifləri qeyd ediblər ki, ana südü ilə qidalanan uşaqlar yeni növ ərzaqlara daha çox meylli olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB