Dərmanlar günün hansı saatında daha yaxşı təsir göstərir?

Dərmanlar günün hansı saatında daha yaxşı təsir göstərir?

Alimlərə çoxdan məlumdur ki, aspirin və statin səhər və axşam saatlarında daha yaxşı təsir göstərir. Lakin bu fakt indiyə qədər elmi cəhətdən əsaslandırılmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pensilvaniya Universitetinin mütəxəssisləri bir sıra tədqiqatlardan və minlərlə preparatı yoxladıqdan sonra müəyyən ediblər ki, bəzi dərman preparatlarının səmərəliyi onların günün hansı vaxtında qəbul olunmasından asılıdır. Alimlər populyar dərmanların çoxunun qəbulu üçün ideal sxemlər tapıblar.

Alimlər bu fenomeni insan genlərinin xüsusiyyətləri nöqteyi-nəzərindən izah ediblər. Preparatın qəbulu və günün vaxtı arasında əlaqəyə təsir edən əsas amil bəzi genlərin fəallığıdır. Qara ciyərin və böyrəyin funksiyalarını yaxşılaşdıran preparatları saat 18-dən sonra qəbul etmək daha düzgündür. Tənəffüs sisteminin fəaliyyətində dəyişikliklərlə bağlı dərmanlar günortaya qədər daha səmərəlidir. "Ürək" preparatları səhər saatlarında daha yaxşı təsir edir.

Alimlərin bu tövsiyələrinə bəzi hallarda əməl etmək lazımdır. Lakin bəzən bir dərman gündə 2-3 dəfə təyin olunur. Onda ənənəvi sxemə əməl olunmalıdır. Hər halda xəstələr həkimin təyinatına riayət etməlidirlər. Özünümüalicə və özünə müstəqil diaqnoz qoymaq isə yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə