Bakıda süd vəzisi xərçənginə qarşı aksiya keçirilir

Bakıda süd vəzisi xərçənginə qarşı aksiya keçirilir

Oktyabr ayı bütün dünyada qadınlar arasında ən çox yayılmış süd vəzisi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. SİA-nın xəbərinə görə, bununla əlaqədar oktyabrın 25-də Bakıda "Azerbaijan Breast Cancer Awareness Campaign"in təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dəstəyi ilə aksiya başlayıb.
Aksiyanın məqsədi süd vəzi xərçəngi barədə əhalini məlumatlandırmaq və erkən tibbi müayinənin əhəmiyyətini diqqətə çatdırmaqdır. Bunun üçün Dənizkənarı Milli Parkda konsert təşkil olunacaq, o cümlədən "Park Bulvar" və 28 Mall" ticarət mərkəzlərində maarifləndirici materiallar paylanacaq.
Tədbirin davamı olaraq veloyürüş də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə