ABŞ Universitetinin mühəndisləri robot-cərrah yaradıblar

ABŞ Universitetinin mühəndisləri robot-cərrah yaradıblar

Vanderbilt Universitetinin (ABŞ) mühəndisləri və tibb əməkdaşları kəllə qapağını deşmədən insan beynində əməliyyat aparan robot-cərrah yaradıblar. Alimlər mexanizmin işlənib hazırlanmasına 5 il vaxt sərf ediblər. Xarici KİV-lər xəbər verir ki, indi robot kəllədən deyil, yanaqdan deşik açıb keçməklə baş beyində əməliyyat edir: robot nikel-titan ərintisindən hazırlanmış xüsusi iynəni yanaqdan beyinə yönəldir və mütəxəssis-cərrahlar bu aləti MRT-skaner vasitəsilə idarə edirlər.
Tədqiqatçılar qeyd edirlər ki, hələlik təcrübələr yalnız manekendə aparılıb. Lakin 10 ildən sonra, mütəxəssislərin planlaşdırdıqları kimi, robot-cərrahları xəstəxanaların əməliyyat otaqlarında görmək mümkün olacaq və onlar həqiqi əməliyyatlar edəcəklər.
Məsələn, alimlər ümid edirlər ki, robot-cərrahlar epilepsiya xəstələrinin beyninə operativ müdaxilələr edəcəkdir. Bu xəstəliyə tutulanları müalicə etmək üçün beynin aşağı hissəsinə yol tapmaq lazımdır. Bu zaman yanaqdan müdaxilə, tədqiqatçıların fikrincə, ən yaxşı variantdır.

Bütün xəbərlər Facebook səhifəmizdə