Yuxu rejiminə riayət etmək bədənin harmoniyasını qoruyur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər gün eyni vaxtda yatan və oyanan qadınların orqanizmində piyin səviyyəsi aşağı olur. Bunu ABŞ alimləri belə hesab edirlər. Tədqiqatlara 17-26 il ərzində ABŞ-ın iki nüfuzlu universitetindən 300-dən çox tələbə cəlb olunub.
Tədqiqatların nəticələri göstərib ki, yuxu rejiminə əməl edən iştirakçıların orqanizmində piy azalır. Yuxu müddəti 6,5 saatdan az və 9,5 saatdan çox olanlarda isə piyin artdığı müəyyən edilib. Sutka ərzində 8-8,5 saat yatanlarda isə piyin miqdarının minimum səviyyədə olduğu müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB