Şair Qurbanov: “Ebola virusundakı əlamətlər digər xəstəliklərə bənzəyir” AÇIQLAMA

Şair Qurbanov: “Ebola virusundakı əlamətlər digər xəstəliklərə bənzəyir” AÇIQLAMA

"Təhlükəli "Ebola" virusu dünyanı həyəcanda saxlamaqda davam edir. Artıq bu təhlükəli virus ölkəmizin sərhədlərinə yaxınlaşıb. Qonşu Gürcüstanda 13 nəfər "ebola" virusuna yoluxmada şübhəli bilinir. Ancaq araşdırmalardan sonra sözügedən virusun Gürcüstanda aşkar edilmədiyi söylənilir". Bunu SİA-ya Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.

Onun sözlərinə görə, 2 saat bundan qabaq xəstəliklərə qarşı nəzarət mərkəzi ilə əlaqə saxlanıb və aydın olub ki, Gürcüstanda "Ebola virusu" aşkar edilməyib: "Ölkəmizdə bu virus qeydə alınmayıb. "Ebola" virusu yalnız xaricdən gətirilə bilər. Ona görə də Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları soğru etməli, "Ebola" virusunun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşmalıdırlar. Həmin məntəqələrdə sərhədi keçən insanlara nəzarət gücləndirilməlidir. Afrikadan tələbələr və ya iş adamları Azərbaycana gəlsələr, onların yaşadığı ünvana məlumat verilir və onlar mütləq nəzarətdə saxlanılırlar. Əgər onlarda 21 gün ərzində temperatur yüksəlməsi qeydə alınmırsa, deməli onlar sağlamdırlar".

Ş. Qurbanov "Ebola virusu"ndakı əlamətlərin digər xəstəliklərə bənzədiyini də diqqətə çatdırıb: "Bildiyiniz kimi havaların soyuması digər xəstəliklərin də ortaya çıxmasına səbəb olur. İndi insanlarda qrip və qripə bənzər xəstəliklər çoxalacaq, qızdırma, halsızlıq olacaq. Bu o demək deyil ki, onlar "Ebola" virusuna yoluxublar və biz onları nəzarətə götürməliyik. Ancaq bütün ehtimalları nəzərə alıb diqqətli olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə