Ebola ilə mübarizə üçün bir milyard dollar lazımdır

Ebola ilə mübarizə üçün bir milyard dollar lazımdır

Ebola virusunun Qərbi Afrikada sürətlə yayılmasından narahatçılıq keçirən BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq ictimaiyyəti bu təhlükəli xəstəliklə mübarizə üçün bir milyard dollar ayırmağa çağırıb. SİA-nın verdiyi məlumata görə, Pan Gi Mun Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib ki, Ebola genişmiqyaslı qlobal problemdir və təcili cavab tədbirləri tələb edir: "Onlarla ölkə bu ölümcül virusla mübarizədə həmrəylik göstərdi, müəyyən tədbirlər gördü, ancaq bunlar kifayət etmir. Bizə daha çox həkim, tibb bacıları, avadanlıq, müalicə mərkəzləri və xəstələrin evakuasiya vasitələri tələb olunur. Mən beynəlxalq ictimaiyyəti 1 milyard ABŞ dolları ayırmağa çağırıram. Yalnız bu halda dekabrın 1-dək virusun yayılma sürətini azalda bilərik"- deyə, o bildirib.

Ebolaya qarşı mübarizədə çoxsaylı həkim və könüllünün çalışdığını qeyd edən BMT-nin baş katibi deyib: "Biz səmərəli və birlikdə işləsək, Ebolaya qalib gələ bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə