Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. SİA-nın verdiyi məlumata görə, şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın Salyan şəhərində vətəndaşları qəbul edib.
Salyan Rayon Mərkəzi Xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda nazir Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan 40-a yaxın vətəndaşın müraciətinə baxıb. Əsasən sağlamlıq problemləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəsə öz həllini tapıb.
Qeyd edək ki, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB