Bu informasiyanı Dünya Səhiyyə Təşkilatı (DST) yayıb. ABŞ prezidenti Barak Obama da ölkədə "xəstəliyə kəsərli reaksiya veriləcəyini" vəd edərək, eyni zamanda amerikalıların virusa yoluxması riskinin xeyli aşağı olduğunu vurğulayıb.
Bu arada ABŞ-ın Texas ştatında Ebola xəstəsinə qayğı göstərərkən virusa yoluxmuş tibb bacısına təyyarədə səfər etməyə niyə icazə verildiyinin təffərüatları öyrənilir.
Rəsmilər Amber Vinson ilə təyyarədə uçan 132 nəfəri nəzarətdə saxlamağa çalışır.
Ebola epidemiyasından indiyədək ölənlərin sayı 4500-ə çatıb, onların əksəriyyəti Syerra Leone, Liberiya və Qvineyadandır.
Bu gün Brüsseldə toplaşan Avropa Birliyinə daxil olan ölkələrin nazirləri Ebola böhranı ilə bağlı son tədbirləri, getdikcə daha geniş miqyas alan sərnişinlərin Ebola yoxlamasından keçirilməsi və virus yayılmasının qarşısını almaq məqsədilə Qərbi Afrikaya daha çox qoşun göndərilməsi kimi məsələləri nəzərdən keçirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB