Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-də Salyan Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Salyan Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə