Bakıda 67 min uşaqda müxtəlif xəstəlik aşkarlanıb

Bakıda 67 min uşaqda müxtəlif xəstəlik aşkarlanıb

Bu gün Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Bakı şəhər Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev paytaxtımızda 682 mindən çox uşaq olduğunu söyləyib. Jurnalistlərə açıqlamasında uşaqların 67 minində müxtəlif xəstəliklər olduğunu bildirib: "Həmin uşaqlardan çoxu icbari dispanserizasiyaya cəlb edilib. Müayinəyə cəlb olunan uşaqlardan 12%-də, yəni 67 minində müxtəlif xəstəliklər aşkar edilib. Uşaqların 16 mini tam sağalıb və dispanser qeydiyyatdan çıxarılıb. Digər uşaqların isə müvafiq müayinələri davam etdirilir. Həmçinin bu işdə valideyinlər ciddi məşğul olmalıdırlar. Bu gün paytaxtda 80-ə yaxın tibb məntəqəsi lazımi avadanlıqlarla təmin olunub və uşaqların icbari dispanserizasiyası aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə