Bu gün Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Səhiyyə Nazirliyinin baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev ölkəmizdə 2 milyona yaxın uşağın icbari dispanserizasiyadan keçdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların icbari dispanserizasiyası bundan sonra da davam etdiriləcək: "Ölkədə "Uşaqların icbari disparenzasiyası" haqqında qanun qəbul edilib və bunun icrası istiqamətdə müvafiq işlər görüləcək. 2012-ci ilin sonlarında "Uşaqların icbari disparenzasiyası" haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və çox qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun ölkə prezidentinin sərəncamı ilə qüvvəyə minib. Xüsusilə diqqətinizə çatdırım ki, Azərbaycan, bizi əhatə edən qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir və uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən böyüyüdür. Qanun ölkə əhalisinin 1/3-ni əhatə edir. Bu qanunda 0-18 yaşına kimi olan bütün uşaqların icbari disparenzasiyadan keçirilməsini nəzərdə tutur. Qanuna əsasən, 3 yaşa kimi uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan -18 yaşa kimi ildə 1 dəfədən az olmayaraq icbari formada bu tibbi müayinədən keçməlidir. Uşaqlar arasında ən çox tənəffüs üzvlərinin, həzm sistemlərinin, virus və yoluxucu xəstəliklərə rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB