Şərqdə min bir dərdin dərmanı sayılan yaşıl çay insanı sağlam və uzunömürlü edir. Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir.
Yaşıl çay onkoloji xəstəliklərin müalicəsində yeni dərman kimi istifadə oluna bilər. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, xərçəng xəstəliyinin müalicəsində yaşıl çayın kimyəvi tərkibini təşkil edən katexini əsas götürürlər. Katexinin tərkibindəki üzvi və tamamilə təhlükəsiz maddə orqanizmdə intoksikasiya səviyyəsini azalda bilər.
Alimlərin fikrincə, yaşıl çay terapiyası hüceyrələrin bərpasını sürətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB