Genetik: "Təəssüf ki, Azərbaycanda irsi qan xəstəliklərinin sayı çoxdur" Açıqlama
"Təəssüf ki, Azərbaycanda irsi qan xəstəliklərinin sayı çoxdur. Belə ki, dünya əhalisi ilə müqayisə etsək, ölkəmiz talassemiyanın daşıyıcılığına görə 4-5-ci yerdədir. Bu xəstəliyin daşıyıcıları olan gənclər ailə həyatı qurduqda, o zaman bu xəstəliyin yaranma riski 25 % olur. Başqa sözlə desək, 3-4 doğulmuş uşaqdan biri bu xəstəliyin daşıyıcısı ola bilər". SİA-nın xəbərinə görə, bunu açıqlamasında biologiya elmləri doktoru, genetik Elxan Rəsulov deyib.
Onun sözlərinə görə, bu xəstəliyin qarşısını hamiləliyin 3 ayında dölün genetik müayinəsini aparıb, onun sağlam olub-olmadığını bilməklə almaq olar.
Elxan Rəsulov bildirib ki, Respublika diaqnostika Mərkəzində 2 ildir ki, genetik laboratoriya fəaliyyət göstərir: "Məqsəd respublikanın digər xəstəxanalarında olmayan genetik müayinələri aparmaqdır. 2 ildir ki, yeni doğulmuşların genetik skirenqi aparılır, yəni yeni doğulmuşların dabanından qan götürülərək 6 irsi xəstəlik yoxlanılır. Bununla da ana uşağını xəstəxanadan çıxarana qədər körpəsində hansı dəyişikliklərin olmasından xəbərdar olur".
Genetik həmçinin qeyd edib ki, son illər ərzində müəyyən xəstəliklərin, o cümlədən ferment çatışmazlığı və talassemiya xəstəliyinin daşıyıcıları aşkar edilib.
Mərkəzdə ilk dəfə yeni ailə quranların genetik müayinəsinin həyata keçirildiyini deyən mütəxəssis deyib ki, hazırda gənclərin heç bir həkim göstərişi olmadan müayinədən keçməyə təşəbbüs göstərməsi sevindirici haldır və gənclərə problemlərdən qaçmamaları tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB