Oktyabrın 20-də quş qripi xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu (Xanvəli) Həsənovun SİA-ya verdiyi məlumata görə, köçəri quşların məskunlaşdığı və müəyyən edilən bütün ərazilərdən seçmə üsulla quşlar ovlanaraq onlardan nümunələr götürüləcək. Eləcə də ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək.
Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr oktyabrın 31-də ictimaiyyət üçün açıqlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xüsusi olaraq vurğulayır ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB