Paytaxtda "Sağlamlıq yürüşü" marafonu

Paytaxtda "Sağlamlıq yürüşü" marafonu

Səhiyyə Nazirliyinin əsas prioritet istiqaməti olan əhalinin sağlamlığının qorunması mövzusu daim diqqət və nəzarətdə saxlanılır. SİA-nın xəbərinə görə, Nazirlik daim bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bir çox layihələrə imza atır, bir çox tədbirlər həyata keçirir.

Görülən hər bir iş, atılan hər bir addım yuxarıda da qeyd olunduğu kimi insanların sağlamlığına, onların yaşam keyfiyyətinin yaxşılaşdırılmasına, ömür uzunluğuna yönəlib.

Bunları nəzərə alaraq Səhiyyə Nazirliyi bu gün Dənizkənarı Milli Parkda "Sağlamlıq yürüşü!" adı altında yürüş marafonu keçirib. Əl Oyunları İdman Sarayının yanından başlayan yürüş Bayraq Meydanına kimi davam edib. Yürüşdə Səhiyyə Nazirliyinin, Tibb Universitetinin Kardiologiya İnstitutunun əməkdaşları da olub. Eyni zamanda insanları sağlam həyat tərzi aparmağa, idmanla məşğul olmağa çağıran həmin Marafonda çoxlu sayda insan iştirak edib. Yürüş qalibləri müvafiq olaraq Nazirlik tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, sentyabrın 29 bütün dünyada "Dünya Ürək Günü" kimi qeyd olunduğundan, bu marafon ürək xəstəlikləri ilə mübarizəyə həsr olunub. Səhiyyə Nazirliyi əmindir ki, bu kimi tədbirlər gələcəkdə də əhaliyə öz sağlamlığına diqqət yetirməyi və sağlam həyat yaşamaq fikrini aşılayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə