"Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır". SİA-nın xəbərinə görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
O bildirib ki, on il əvvəl il ərzində 34 ana ölümü qeydə alınırdısa, ötən il bu rəqəm 25 olub: "Bu ilin 9 ayı ərzində 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin bu rəqəmin aşağı olmasına çalışmalıyıq".
Nazir müavini vətəndaşlara müraciət edərək həkimə vaxtında müraciət etmələrini tövsiyyə edib: "İnsanlar, xüsusən də gənc analar öz sağlamlığına diqqətlə yanaşsınlar".
Azərbaycanın təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutduğunu söyləyən E. Ağayev qeyd edib ki, artım əmsalı 12, 8-dir: "Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB